“Şahab” xəbər agentliyi bu barədə məlumat yayıb ki, işğal altındakı Qüdsdə “Nivi Yaqub” ərazisi yaxınlığında bir sionist bıçaqla yaralanıb.
İlkin məlumatlara görə, bu əməliyyat zamanı bir sionist yaralanıb.
Bu anti-sionist əməliyyatdan sonra işğalçı rejim əsgərləri ərazini mühasirəyə alıb və bu sahədə araşdırmalar aparırlar.
Bu xəbərə görə, əməliyyatın icraçısı sağ-salamat hadisə yerini tərk edib.
Əl-Əqsa tufanı əməliyyatının başlaması ilə eyni vaxtda İordan çayının qərb sahilindəki fələstinli döyüşçülər və gənclər də sionist ordusunun Qəzza xalqına qarşı vəhşi cinayətlərinə cavab olaraq əməliyyatlar həyata keçiriblər.
Sizin rəyiniz